Bununla bağlı bəzi vətəndaşlar qəribə vəziyyətlə üzləşiblər.

Paytaxtda fəaliyyət göstərən mobil telefon mağazalarının satıcıları deyirlər ki, bəzi satış məntəqələri imey-kodların qeydiyyat sisteminin “girov” moduluna qoşulublar. Satış həyata keçirən böyük mağazalarin tələbi ilə telefon şəbəkədən ayrılır. Bununla da telefondan istifadə mümkünsüz olur.

Ekspertlər deyir ki, telefon vətəndaşın mülkiyyəti hesab edilir. Hər bir vətəndaş da mülkiyyətində olan əmlakından istifadə etməkdə sərbəstdir.

Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, əgər vətəndaş krediti ödəməkdə çətinlik çəkirsə, mağazalar onları məhəkəməyə verə bilər.

Əgər hansısa müştərinin telefonuna analoji məhdudiyyət tətbiq edilibsə, o zaman vətəndaşın da məhkəməyə müraciət etmək hüququ var.