Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Kreditlərə necə güzəşt olacaq? – Nazir cavablandırır

Kreditlərə necə güzəşt olacaq? – Nazir cavablandırır

Əhalinin 5 min manatadək olan kreditlərinə hökumət tərəfindən güzəşt edilmə məsələsi qərara alınsa belə, bu, yaxşıca yoxlanılmalıdır.
Bunu ölkənin Maliyyə naziri Samir Şərifov Mir Şahinə eksklüziv müsahibəsində deyib. Telejurnalistin “hökumətin müəyyən miqdar civarında kreditləri olan əhaliyə güzəşt edib-etməyəcəyi” sualına nazir belə cavab verib:
 “Əgər güzəşt edilmə məsələsi qərara alınsa, onda bu yaxşıca yoxlanılmalıdır. Hesab edirəm ki, hökumət tərəfindən böyük bir addım artıq atılıb. Bu addımlardan ən əsası dövlət başçısının insanların banklara yerləşdirdiyi əmanətlərlə bağlı idi. Yəni, əgər bank bağlansa, dövlət söz verir ki, vətəndaşın qoyduğu əmanət yüz faiz ona qaytarılacaq. Bu, həmçinin bank sektoruna dövlət tərəfindən böyük bir dəstək hesab olunur”.
 Samir Şərifov həmçinin əlavə edib ki, Azərbaycanda banklar istehlak kreditlərini yüksək faizlə verirlər və bununlada yüksək gəlir əldə edirlər. “Bu məsələlər ətrafında müzakirələr davam edir”, – deyə Şərifov bildirib.(ans)

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …

Bir cavab yazın