Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Kreditin maaşdan tutulması qanunla tənzimlənirmi? – VİDEO

Kreditin maaşdan tutulması qanunla tənzimlənirmi? – VİDEO

Bəzi banklar kredit verərərkən belə bir şərt qoyurlar ki, aylıq kredit ödənişi müştərinin maaşından çıxılacaq. Bu müştəri üçün bir sıra problemlərə gətirib çıxara bilər. Çünki bank hər ay maaşdan çıxır, amma ortada hər hansı bir qəbz yoxdur. Ekspertlər deyirlər ki, əslində bankların bu cür addımı qanunvericiliklə də tənzimlənmir.

Xezerxeber.com bildirir ki, artıq bəzi banklar müştəri ilə kredit müqaviləsi imzalayarkən həmin sənədə bu prosesin tətbiq edilməsi ilə bağlı bənd də salıb.

Bank hüquqşünası Anar Ramazanov deyir ki, əslində kredit müqaviləsinə belə bir bəndin salınması notarial qaydada təsdiq olunmalıdır.

Belə bir məqam var ki, vətəndaş kreditini qaytararkən ona ödədiyi məbləğ haqqında qəbz verilir. Bank isə müştərinin maaşından krediti çıxanda ortada hər hansı bir qəbz olmur. Sual yaranır ki, məbləğlə bağlı hər hansı problem yaranarsa, bu necə həll oluna bilər?

Mütəxəssislərin fikrincə bu, bankların müştərilərin ehtiyacından sui-istifadə etməsidir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …

Bir cavab yazın