Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Krediti qaytarmayan 17-dən çox iş adamının həbs müddəti uzadılıb

Krediti qaytarmayan 17-dən çox iş adamının həbs müddəti uzadılıb

Beynəlxalq Banka kredit borcunu qaytarmadığı üçün həbs edilən bütün 17 iş adamının həbs müddəti uzadılıb. Bunu virtualaz.org saytına açıqlamasında vəkil Kamandar Nəsibov deyib.

K.Nəsibovun sözlərinə görə, həbs edilən bütün biznesmenlər Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin və Ədliyyə Nazirliyinin 1 saylı istintaq təcridxanalarında saxlanılırlar.

Xatırladaq ki, bir neçə ay əvvəl ölkənin onlarla aparıcı iş adamı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin və Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Onlar Beynəlxalq Bankdan götürdükləri kreditləri qaytara bilmədikləri üçün qanun qarşısında cavab veriblər.

Vəkil Kamandar Nəsibov APA agentliyinə isə bildirib ki, Nərimanov Rayon Məhkəməsində Azərbaycan Beynəlxalq Bankın Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb. Məhkəmə həbs-qətimkan tədbirinin müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.

Vəkil onu da bildirib ki, Adil Hüseynovla bağlı indiyə kimi hər hansı istintaq hərəkəti həyata keçirilməyib: “O, ifadə verməyib, hər hansı üzləşmə həyata keçirilməyib. Mən məhkəmədə çıxışım zamanı da bunları bildirdim. Həbs müddətinin uzadılması barədə qərardan isə apellyasiya şikayəti veriləcək ”.

Qeyd edək ki, A. Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi ittiham elan olunub. Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın