Azərbaycanda manatın təkrar devalvasiyasından sonra bank olmayan kredit təşkilatları xərclərin optimallaşdırılması istiqamətində tədbirlər görməyə başlayıb. Bunu fins.az-a açıqlamasında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib. Onun sözlərinə görə, hazırda BOKT-lar gəlirliliyi aşağı olan filiallarını bağlayır, işçi heyətində ixtisarlar aparır: “Bundan başqa, krediti qaytarmaqda çətinliyi olan müştərilərə onların cari vəziyyətdə ödəmə imkanlarına uyğunlaşdırılmış ödəniş qrafiki təqdim olunur. Müştərilərin kredit tarixçəsi və ödəmə qabiliyyəti əsasında kreditləşmə də az da olsa davam edir. Üstünlük uzunmüddətli müştərilərə verilir”.
Həmçinin oxuyun
Keçmiş deputat həbs oluna bilər – Vaxt verildi
Keçmiş deputat Rafael Cəbrayılov həbs təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun əldə etdiyi xəbər görə, yaxın günlərdə keçmiş …