Ana səhifə / Kriminal / Kredit olmadığından avtomobil satışları daha da aşağı düşür

Kredit olmadığından avtomobil satışları daha da aşağı düşür

Banklar avtomobil krediti verməyi tam bərpa etməyiblər. Bu səbəbdən salonların satışları çox aşağıdır.

Belə ki, devalvasiya və iqtisadi vəziyyət ilə bağlı olaraq əvvəlki illərlə müqayisədə avtomobil satışları xeyli azalıb. Amma buna baxmayaraq avtomobil almaq istəyənlər var, lakin kredit verilmədiyindən belələri də yeni avtomobilə sahib ola bilmirlər:

“Bu yaxınlarda avtomobilin dəyərinin 70%-ni ödəməyə hazır olan bir alıcı var idi. Qalan 30%-ni kredilə ödəmək istəyirdi. Banklar kredit ayırmadığı üçün, həmin alıcı borc tapıb avtomobili nağd almalı oldu. Ümumiyyətlə bu problemə görə, onlarla alıcı geri qayıdır”.

Mənbənin sözlərinə görə, lizinq, tələbləri və faizi baxımından alıcılar üçün əlverişli deyil.

Qeyd edək ki, avtomobil kreditində avtomobilin dəyərinin 50%-i alıcı tərəfindən ilkin ödəniş şəkilndə ödənilməlidir.

KREDİ VERİLƏRSƏ DOLLARA TƏLƏB ARTA BİLƏR

Avtomobil kreditlərinin az verilməsi idxalı azaldır ki, bu da ölkədən az dollar çıxışı deməkdir. Anbarında qalan avtomobilləri satan salon, yenidən zavoda avtomobil sifariş verməyi düşünəcəkdir. Bu halda salon banklardan dollar alıb, mal üçün xaricdəki zavoda göndərəcəkdir. Qısası, dollara təlabat artacaqdır.

İdxalın məhdudlaşdırılması da yaxşı hall deyil. Çünki avtomobil idxalçıları verig ödəyiciləri və işəgötürəndirlər. Satışların aşağı düşməsi ödənilən vergilərin azalması və iş yerlərinin ixtisarı deməkdir.

AVTOMOBİL İDXALI KƏSKİN AZALIB

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin Yanvar – Aprel ayları ərzində Azərbaycana cəmi 1 742 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur. Bu, ötən ilin ilk 4 ayı ilə müqayisədə 7,4 dəfə azdır. İdxal olunmuş nəqliyyat vasitələrinin 1509 ədədini minik avtomobilləri təşkil edib. Ötən ilin ilk 4 ayı ilə müqayisədə minik avtomobillərinin idxalı 7,8 dəfə azalıb. Azərbaycana bu ilin Yanvar ayında cəmi 437 ədəd, Fevral ayında 384 ədəd, Mart ayında isə 541 ədəd, Aprel ayında isə 380 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdur. Marja.az

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …

Bir cavab yazın