Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Korrupsiya İdarəsi bu rayonda əməliyyat keçirir: Vəzifəli şəxslər həbs edildi

Korrupsiya İdarəsi bu rayonda əməliyyat keçirir: Vəzifəli şəxslər həbs edildi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan rayonunda əməliyyat keçirir. 

“AzPolitika.info”-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsində axtarışlar aparılır. İdarələrin bir neçə vəzifəli əməkdaşının artıq saxlanıldığı bildirilir.

Baş İdarənin həyata keçirdiyi əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir. 

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …