Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / Kriminal / “Koroğlu” metrostansiyasının yaxınlığında qanlı hadisə: Qadın ərini bıçaqladı – VİDEO

“Koroğlu” metrostansiyasının yaxınlığında qanlı hadisə: Qadın ərini bıçaqladı – VİDEO

Bakıda qadın həyat yoldaşını və özünü bıçaqlayıb.

“Koroğlu” metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı əri, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.

Hadisə şahidlərinin sözlərinə görə, tərəflər arasında avtomobildə baş verən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Hər iki yaralı 3 saylı şəhər klinik xəstəxanasına gətirilib. Xəstəxanadan “Xəzər Xəbər”ə verilən məlumata görə, barmağının kəsilmiş yarası ilə xəstəxanaya daxil olan Nicat Paşayevə yardım göstərilərək ambulator müalicəyə göndərilib.

Qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan Günel Kərimovaya da ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Rəfael Cəbrayılovun məhkəməsi niyə təxirə salınıb?

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində Milli Məclisin həbsdə olan sabiq deputatı Rəfael Cəbrayılovun cinayət …