Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / “Kontakt” “brak” Samsung telefonları satır – İDDİA

“Kontakt” “brak” Samsung telefonları satır – İDDİA

Təmiz Dünya Qadinlara Yardim Ictimai Birliyinin sədri Mehriban Zeynalova “Kontakt” Mağazalar Şəbəkəsindən şikayətlənib.

Azinforum.az xəbər verir ki, M.Zeynalova sosial şəbəkədə yazır ki, şəbəkə dələduzluğun yeni növünü tapıb: “Kontakt telefon satış şəbəkəsi ölkəyə brak Samsunq telefonları gətirib. Müşətərilərə satılan telefon uzağı bir həftə işləyir. Satış servizi diqanostikaya göndərir. Demək bir gündə eyni telefondan ən azı on nəfər diqnostikaya gəlir və hamıya yalandan deyirlər ki, telefona su düşüb”.
Hüquqmüdafiəcisi bildirib ki, “məhkəməyə müraciət edəcəyik” deyəndə aldıqları cavab bu olub: “Get kimə istəyirsən de”.
Xanım Zeynalova sonda qeyd edib ki, insanların bu gərgin vaxtında belə dəlduzluga arxayınlıqla cavab verənlər kimə güvənir?

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın