Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / Konsulluqda doğranan jurnalistin “cəsəd parçalarının” fotoları yayıldı

Konsulluqda doğranan jurnalistin “cəsəd parçalarının” fotoları yayıldı

Az əvvəl sosial şəbəkələrin İran seqmentində səudiyyəli müxalif jurnalist, bu ölkənin  İstanbuldakı konsulluğunda vəliəhd şahzadə Muhammed bin-Salmanın cəlladları tərəfindən parçalanaraq öldürülən Camal Xaşogiyə aid olduğu iddia edilən görüntülər yayılıb.

Virtualaz.org qeyd edir ki, doğranmış cəsəd parçalarının həqiqətən jurnalistin cəsədinə aid olduğu hələlik digər mənbələrdən təsdiqlənməyib. Amma dəhşətli kadrlarda jurnalistin kəsilmiş başının və soyulmuş üz dərisinin əks olunduğu iddia edilir.

Camal Xaşogi oktyabrın 2-də sənəd almaq üçün Səduyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olub və bir daha çıxmayıb. Qərb mənbələri onun cəlladlar tərəfindən işgəncə ilə öldürüldüyünü və cəsədinin elektrikli mişarla doğrandığını bildirir.

virtualaz.org

Həmçinin oxuyun

Fazil Mustafanı güllələməkdə ittiham olunan şəxslər onun məhkəməyə gəlməsini tələb edir

Deputat Fazil Mustafa güllələnməsi ilə bağlı məhkəmə iclaslarına gəlmir. Ona qarşı sui-qəsddə ittiham olunan şəxslər …