Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Kompüter və mobil telefonlar bahalaşacaq

Kompüter və mobil telefonlar bahalaşacaq

Məlumata görə, mobil telefonların 4,3 faiz bahalaşacaq.

“Gartner” analitik şirkəti bütün növ kompüter elektronikasının, o cümlədən masaüstü fərdi kompüter, noutbuk, planşet və mobil telefonların bahalaşacağını proqnozlaşdırır. Ekspertlərin qiymətləndirməsinə görə, 2017-ci ildə kompüter və planşetlərin dollarla orta pərakəndə satış qiyməti (ASP) 1,4 faiz, mobil telefonların 4,3 faiz bahalaşacaq. Beləliklə, ümumilikdə bahalaşma 2 faizə yaxın olacaq.

“Qaynar”ın “ICTnews”-a istinadən verdiyi məlumata görə, kompüter texnikasının alışının bahalaşması səbəbindən onun əldə edilməsi üçün xərclər artacaq. Cari ildə sonuncu istifadəçilərin bu məqsədlərə təxminən 600 milyard dollar xərcləyəcəkləri gözlənilir ki, bu da ötənilki 587,2 milyard dollarla müqayisədə 2 faiz çoxdur.

Ekspertlər kompüter texnikası üçün xərclərin artmasına iki səbəb göstərirlər. Birincisi, komplekt hissələr bahalaşır (bu daha çox fərdi kompüter sahəsində hiss olunur), ikincisi, son vaxtlar ucuzdan daha çox yüksək səviyyəli və keyfiyyətli məhsullara marağın artması tendensiyası müşahidə olunur.

Ekspertlərin qənaətinə görə, 2017-ci ildə dünyada sonuncu istifadəçilərin mobil telefonların alışı üçün xərcləri 2016-cı ildəki 382,85 milyard dollardan 400 milyard dollaradək artacaq. Mobil telefonlara kompüter və mobil qurğular üçün ümumi xərclərin 67 faizi sərf olunacaq.

“Gartner” mütəxəssislərinin qiymətləndirməsinə görə, gələcəkdə göstərici artmaqda davam edərək 2018-ci ildə insanlar 408 milyard dollar, 2019-cu ildə 423,56 milyard dollar məbləğində mobil telefon əldə edəcəklər. Həmçinin, bu il mobil telefonların tədarükü 1,91 milyard qurğu, sonrakı iki ildə müvafiq ildə 1,92 və 1,95 milyard ədəd səviyyəsində proqnozlaşdırılır.

Kompüter texnikasına gəldikdə, 2017-ci ildə dünyada masaüstü sistem və noutbukların, o cümlədən ultrabuk və hibrid modellərin alışına 163,35 milyard dollar sərf olunacaq. Bundan əlavə, daha 36,3 milyard dollar transformer (şəklini dəyişən) modellər daxil olmaqla planşetlərə xərclənəcək.

2018- 2019-cu illərdə fərdi kompüter alışına xərclər müvafiq olaraq 166,3 və 169,2 milyard dollaradək artacaq, planşet seqmenti əvvəlcə 35,1, daha sonra 34,4 milyard dollaradək azalacaq.

Tədarük baxımından dinamika oxşar olacaq: fərdi kompüterlər bazarında artım (2019-cu ildə 2017-ci ildəki 265 milyon qurğudan 273 milyon qurğuyadək), planşet seqmentində azalma (161 milyon qurğudan 157 milyon qurğuyadək) gözlənilir.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …

Bir cavab yazın