Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Kriminal / Kollec direktoru və müavini tutuldu – Korrupsiya əməliyyatı

Kollec direktoru və müavini tutuldu – Korrupsiya əməliyyatı

Baş Prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində əməliyyat keçirib. Criminal.az saytının əldə etdiyi məlumata görə, kollecin direktoru Xaləddin Ələkbərov və onun müavini İlqar Dursunov saxlanılıb.  Kollecin müəlliminin Criminal.az-a verdiyi məlumata görə, prokurorluq əməkdaşları bu gün səhər kollecdə əməliyyat keçirib. Direktor və müavinin iş otaqlarında, avtomobillərində axtarış aparıblar. Sonra isə kollecin rəhbər şəxsləri əməliyyatçıların avtomobilinə əyləşdirərək aparıblar.  Direktorun hansı səbəbdən saxlanıldığı məlum olmasa da, şikayət əsasında tutulduğu iddia olunur. 

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …