“Report” xəbər verir ki, bu barədə paytaxtın daşınmaz əmlak bazarında monitorinq aparan “Əmlak Bazar İştirakçıları” İctimai Birliyindən məlumat verilib.

Məlumata görə, 2016-cı ilin noyabr ayında Bakıda satışa çıxarılan köhnə mənzillərin 17,56%-i adı çəkilən rayonun payına düşüb.

Təkrar mənzil bazarında təklifin rayonlar üzrə pay bölgüsü:

Diaqramdan göründüyü kimi, təkrar mənzil bazarında Yasamal (17,56%), Xətai (15,95%) və Nəsimi (15,25%) rayonları aparıcı mövqe tuturlar. Növbəti böyük paya malik olan rayonlar isə Nizami (13,75%), Binəqədi (13,28%) və Nərimanov (11,76%) rayonlarıdır. Təklif üzrə ən az paya sahib olan rayonlar isə Suraxanı (3,08%), Sabunçu (2,83%), Xəzər (0,51%), Qaradağ (0,45%) və Pirallahı (0,02%) rayonları olub. Həmin rayonlarda əsasən fərdi yaşayış evləri yerləşir. 5,57% payı olan Səbail rayonunda orta mərtəbəli binalar təqdim olunub, əsasən arxitektura layihələr müşahidə olunub.
Habelə təkrar bazarda təklif portfelində ipotekada olan mənzillər də müşahidə olunur, lakin onların ümumi təklif portfelində payı cəmi 0,6%-dir.

Ötən ilin noyabrnda təkrar mənzil bazarında Bakı şəhəri üzrə orta qiymət hər kvadrat metr üçün 1474 manat təşkil edib və ilin əvvəllərinə nisbətən qiymətin qalxması tendensiyası müşahidə olunur. Beləliklə, qiymət dəyişməsi 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2,4% olub.

İl ərzində aylar üzrə təkrar mənzil bazarında qiymət dinamikası aşağıdakı kimi olub:

2015-ci ilin noyabr ayı ilə müqayisədə isə qiymət artımı 4,2% təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə qiymət fərqi ötən aydakı 0,6% artıma qarşı 2,4% təşkil edib. Təkrar mənzil bazarında minimal qiymət 2016-cı ilin iyul ayında hər kvadrat metr üçün 1406 manat təşkil etdiyi halda, noyabr ayında maksimuma çataraq 1474 manat olub.

Ötən ilin noyabr ayında təkrar yaşayış mənzil bazarında kvadratmetrin qiymətinə görə ən bahalı mənzillər Səbail (2427 AZN/kv.m), Nəsimi (1630AZN/kv.m) və Nərimanov (1598 AZN/kv.m) rayonlarında qeydə alınıb. Ən ucuz mənzillər isə Qaradağ (889 AZN/kv.m) və Suraxanı (997 AZN/kv.m) rayonlarında olub.

Təkrar mənzil bazarında rayonlar üzrə qiymət dəyişməsi (oktyabr-noyabr ayında) aşağıdakı kimi olub:

Oktyabr-noyabr aylarında rayonlar üzrə qiymət dəyişməsi müsbət tendensiyası yalnız 6 rayonda özünü göstərir: Səbail (6,9%), Xəzər-Pirallahı (4,9%), Nəsimi(1,8%), Binəqədi (1,4%), Nizami (1,0%) və Xətai (0,3%). Ümumi Bakı şəhəri üzrə qiymət 1,7% qalxıb. Mənfi tendensiya isə Qaradağ (-0,6%) və Yasamal (-0,1%) rayonlarında müşahidə olunur. Nərimanov və Suraxanı rayonunda qiymət dəyişməsi müşahidə olunmayıb.