Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Köçəryan bu dəfə də həbsdə qaldı

Köçəryan bu dəfə də həbsdə qaldı

Yerevanın ümumi yurisdiksiya məhkəməsi bugünkü iclasda sabiq prezident Robert Köçəryanın həbsdə qalmasına qərar verib.

Virtualaz.org bildirir ki, bu barədə “Sputnik Ermənistan” saytı məlumat yayıb.

Məhkəmə müdafiə tərəfinin Köçəryanın barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativi olaraq girov müqabilində dəyişdirilməsi tələbini rədd edib.

Köçəryanın növbəti məhkəmə iclası noyabrın 12-də keçiriləcək.

Xatırladaq ki, Robert Köçəryan 2008-ci il martın 1-də etirazların dağıdılması ilə bağlı cinayət işində konstitusiya quruluşunu devirməkdə ittiham olunub. Ermənistanın eks-prezidenti 2018-ci ildə iki dəfə həbs edilib. Bu il iyunun 25-də isə üçüncü dəfə həbs olunub.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …