Şənbə , Yanvar 23 2021
Ana səhifə / Kriminal / Kiyevdə ermənilər azərbaycanlı tələbələrə atəş açdı

Kiyevdə ermənilər azərbaycanlı tələbələrə atəş açdı

Ukraynanın paytaxtı Kiyevdə ermənilər azərbaycanlı tələbələrə atəş açıb.

Bu barədə Azərbaycanın Ukraynadakı diaspor təşkilatlarının nümayəndələri sosial şəbəkədə məlumat yayıblar.

“Strana.ua” saytı yerli polisdəki mənbələrinə istinadən yazıb ki, hadisə Konovaltsya küçəsi, 36-B ünvanında baş verib. Naməlum silahlı şəxslər iki azərbaycanlı tələbəni tapançadan atəşə tutub.

Məlumata əsasən, Azərbaycan vətəndaşı Nicat Kərimov ayağından güllə yarası alıb. O, Kiyevdəki 8 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Digər soydaşımız 2000-ci il təvəllüdlü Azər Abbasov da ayağından vurulub və xəstəxanaya yerləşdirilmədən ona yardım göstərilib.

Hadisə yerindən 9 giliz tapılıb. Faktla bağlı araşdırma aparılır. Azvision.az

Həmçinin oxuyun

Cinayət Məcəlləsində “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsi yeni redaksiyada müzakirə ediləcək

Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi parlamentin yaz …