Cümə , Aprel 23 2021
Ana səhifə / Kriminal / KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib

KİVDF-nin sabiq rəhbəri cinayət yolu ilə 5,7 milyon manat əldə edib

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli cinayət yolu ilə əldə etdiyi pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdiriməklə cinayət yolu ilə əldə edilmiş xüsusilə külli kiqdarda pul vəsaitlərini leqallaşdırıb.

Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, bu vəsaitlər jirnalistlər üçün tikilən binaların tikintisi, qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsait və Fondun binasının icarəsində yol verilən maliyyə qanunsuzluqları nəticəsində əldə edilib.

Qeyd edək ki, ümumi iş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Səhiyyədə “korona” şəbəkəsinin ifşası – sırada kimlər var?

Koronavirus pandemiyasından istifadə edərək külli miqdarda pul qazanmağa çalışan baş həkimlərin həbsi medianın gündəmini zəbt …