Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Kriminal / KİV: Dağıstan hökuməti sədrinin müşaviri ölü vəziyyətdə tapılıb

KİV: Dağıstan hökuməti sədrinin müşaviri ölü vəziyyətdə tapılıb

Rusiyanın Dağıstan Respublikası hökumətinin sədri Artyom Zdunovun müşaviri Andrey Afonin bu gün Mahaçqala şəhərindəki “Primorskaya” mehmanxanasının nömrəsində ölü vəziyyətdə tapılıb.

“Report” xəbər verir ki, bu barədə məlumatlı mənbəyinə istinadən “İnterfaks” bildirib.

Mənbənin bildirdiyinə görə, hazırda mehmanxana personalı və mühafizəsi dindirilir, hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

Agentlik hələ bu məlumatın rəsmi təsdiqini almayıb.

Öz növbəsində, “Arqumentı i faktı” nəşri müşavirin ürək tutmasından öldüyünü xəbər verib.

Həmçinin oxuyun

“Şərurlu İsfəndiyar”la bağlı yeni xəbər

2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, külli miqdarda mənimsəmədə təqsirləndirilən …