Şənbə , Noyabr 28 2020
Ana səhifə / Kriminal / KİV: Bərdədə polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb

KİV: Bərdədə polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb

Bərdə rayonunda polis əməkdaşı həyat yoldaşını bıçaqlayıb. “Report” xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində baş verib.

Belə ki, kənd sakini Sevindik Şəmşir oğlu Məmmədov həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Yaralı qadın Bərdə Rayon Mərkəz Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə bildirir ki, Sevindik Məmmədov Yevlax Rayon Polis Şöbəsi yol polisi bölməsinin əməkdaşıdır.

Hadisə barədə rəsmi məlumat verilməyib.

Həmçinin oxuyun

“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” – Sofiyevanın ziddiyətli ifadələri

Ötən ilin iyulun 7-də naməlum şəraitdə yatdığı divanda bir neçə bıçaq zərbəsi və boğazının kəsilməsi …