Bazar ertəsi , Dekabr 4 2023
Ana səhifə / Kriminal / Kişi geyimə görə arvadını döyərək saçlarını yoldu – HÖKM

Kişi geyimə görə arvadını döyərək saçlarını yoldu – HÖKM

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Sabir Səttarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə icraata xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

İttihama görə, hadisə 23 avqust 2023-cü il tarixdə, saat 22 radələrində Abşeron rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Sabir Səttarov evinin həyətində arvadı, zərərçəkmiş Lamiyə Səttarovaya (şərti) geyim tərzi ilə bağlı irad bildirib. Bununla bağlı onların arasında mübahisə yaranıb. Daha sonra təqsirləndirilən şəxs həyat yoldaşının üzərinə hücum edərək qəsdən onun baş, ənsə nahiyələrindən yumruqla zərbələr vurub, saçını yolub dartıb və ayaq, bud nahiyələrindən təpiklə zərbələr endirib. Nəticədə Sabir arvadının sağlamlığına qəsdən yüngül zərər vurub. Sabirlə Lamiyə barışıb, zərərçəkmiş ondan şikayətçi olmayıb.

Həmçinin oxuyun

“Bəziləri at kimi üzümə durur, hamı burada pul qazanıb” – Generalın məhkəməsi

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi …