Bazar ertəsi , İyul 26 2021
Ana səhifə / Kriminal / Kişi arvadını və özünü öldürdü – VİDEO

Kişi arvadını və özünü öldürdü – VİDEO

Göyçay rayonunda dəhşətli qətl hadisəsi baş verib. Kişi ailə münaqişəsi zəminində həyat yoldaşını güllələyib. Daha sonra özünü də öldürüb. Mingəçevirdə isə 18 yaşlı gənc qətlə yetirilib.

Kişi əvvəlcə arvadını sonra isə özünü öldürüb..

Hadisə  Göyçay rayonunun  Mallı-Şıxlı kəndində qeydə alınıb. 46 yaşlı Elnur  Cavadov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evdə ov tüfəngindən atəş açaraq həyat yoldaşı, 36 yaşlı  Ülviyyə Cavadovanı  güllələyib. İki uşaq anası olan Ülviyyə Cavadova boynundan və çənəsinin altından aldığı güllə yarası səbəbindən hadisə yerində dünyasını dəyişib.

Hadisəni törədən Elnur Cavadov həmin silahla özünü də vuraraq intihar edib. Ər və arvadın ölümü iki oğul övladının gözü qarşısında baş verib. Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mingəçevirdə isə 18 yaşlı gənc qətlə yetirilib. Hadisə gecə saatlarında şəhərdə fəaliyyət göstərən restoranlardan birinin yaxınlığında baş verib. 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb. O, hadisə yerində dünyasını dəyişib. Onu qətlə yetirməkdə şübhəli bilinən şəhər sakini Kənan Osmanov polis əməkdaşları tərəfindən saxlanıb. Qətlə yetirilən Məhəmməd Alıyev 1-ci kurs tələbəsi olub.  

Qeyd edək ki, hadisənin hansı səbəbdən baş verdiyi hələki məlum deyil. Faktl bağlı araşdırmalar davam etdirilir.

Həmçinin oxuyun

Müğənninin qətli videosu kimi yayılan görüntü ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) müğənni Aygün Mirzəyevanın otel otağında qətli ilə əlaqələndirilən və bir neçə …