Bazar , Oktyabr 25 2020
Ana səhifə / Kriminal / Kişi 20 yaşlı sevgilisini küçədə güllələyib, intihar etdi- Cinayət anı kamerada – VİDEO

Kişi 20 yaşlı sevgilisini küçədə güllələyib, intihar etdi- Cinayət anı kamerada – VİDEO

Türkiyədə cinayət faktı qeydə alınıb.

44 yaşlı kişi 20 yaşlı sevgilisini küçədə qətlə yetirib.

Hadisə Muğla şəhərinin Fethiye qəsəbəsinin mərkəzindəki küçələrin birində baş verib. 44 yaşlı Serdal İncedayı 20 yaşlı sevgilisini güllələyib, sonra da intihar edib.

Yaxın məsafədən qıza 7 dəfə atəş açan kişi sonradan silahı başına dirəyərək özünü öldürüb.

Hadisənin baş verdiyi an təhlükəsizlik kamerasına düşüb.

Serdal İncedayının sosial media hesabında tez-tez silah şəkilləri paylaşması diqqət çəkib.
Hadisənin səbəbi dəqiq bilinmir. Cinayətlə bağlı araşdırma aparılır.

  • 31.01.201919:552

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …