Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Killerlərin qorxusundan Telman İsmayılovun əmlakına yaxın duran yoxdur

Killerlərin qorxusundan Telman İsmayılovun əmlakına yaxın duran yoxdur

İş adamı Telman İsmayılova məxsus “Ruslayn 2000” MMC-nin əmlakının 1,8 milyard rubla satışı üzrə təkrar hərrac baş tutmamış elan edilib. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə hərrac sənədlərində deyilir.

Həmin materiallara əsasən, hərracda iştirak etmək üçün heç kim müraciət etməyib.

Eyni lot altında satışa ümumi sahəsi 20,942 min kv.m. olan çoxfunksiyalı kompleks çıxarılıb. Bundan əlavə, rəsm əsəri, avadanlıq vı hətta 6 metrlik şam ağacı da satılmalı idi. Bütün bu əmlaklar hazırda “BM-Bank”da girovdur.

İlk dəfə bu aktivlər hələ 2017-ci ilin dekabrında satışa çıxarılmışdı. Lakin o vaxt da hərracda iştirak üçün bir sifariş belə alınmamışdı.

Xatırladaq ki, 2015-ci ilin dekabrında Moskva vilayətinin arbitraj məhkəməsi Telman İsmayılovu müflis elan edib.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …