Ana səhifə / Kriminal / Keşlədəki səs-küylü qətllə bağlı məhkəmə QƏRARI

Keşlədəki səs-küylü qətllə bağlı məhkəmə QƏRARI

Paytaxtın Keşlə qəsəbəsindəki güllələnmə hadisəsinə görə məhkəmə iclası davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Zaur İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Zaur İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha artıq şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Hadisə ötən il dekabrın 29-da Keşlə qəsəbəsində baş verib.

Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevi və sərnişini Asif Bağırovu güllələyib.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gedərək təslim olub və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.

1991-ci il təvəllüdlü Tural Babayev hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Sonuncu məhkəmə prosesində mərhum Tural Babayevin anası, hüquqi varisi və nümayəndəsi məhkəməyə vəsatət təqdim edib. O, cinayət işinin ədalətli araşdırılmadığını deyib və işin ibtidai istintaqa qaytarılmasını istəyib. Mərhumun anası bu işdə başqa şəxslərin də əlinin olduğunu iddia edir. Bundan başqa mərhumun anası Zaura daha ağır maddə ilə- xüsusi amansızlıqla və ümumi xüsusi üsulla adam öldürmə maddəsi ilə ittiham elan edilməsini istəyib.

Prokuror Orxan Kəngərli vəsatətə münasibət bildirib. Prokuror vəsatətin təmin edilməsini istəyib.

Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən məhkəmə Zaur İsmayılov barəsində cinayət işinə xitam verilməsi, işin prokurorluğa qaytarılması barədə qərar çıxarıb.

İlkin məlumat belə idi ki, hadisə kriminal qruplaşmalar arasında “hesablaşma” zəminində olub.

Hadisə baş verən zaman “Sputnik Azərbaycan” hüquq-mühafizə orqanlarına istinadən xəbər verirdi ki, vaxtilə Rövşən Lənkəranskinin klanına daxil olmuş şəxs “Lotu Quli”nin adamını odlu silahla öldürüb.

Məlumatda bildirilirdi ki, araşdırma zamanı məlum olub ki, İsmayılov vaxtilə “qanuni oğru” Rövşən Caniyevin (Rövşən Lənkəranski, 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib) rəhbərlik etdiyi kriminal qruplaşmaya daxil olub. Qətlə yetirilmiş Tural Babayev isə digər “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) klanına daxildir. İddia edilirdi ki, münaqişəyə səbəb Babayevin təzyiq vasitəsilə İsmayılovu öz bandası tərəfə keçirməyə təhrik etməyə çalışması olub. İsmayılov isə Babayevin bu təhrikini qətiyyətlə rədd edib və onun cavabını onu fiziki cəhətdən aradan götürməklə verib.

Məhkəmədə isə hadisənin başqa səbəbdən baş verməsi ilə bağlı iddia səsləndirilib.

Belə ki, təqsirləndirilən şəxs hadisənin kriminal hesablaşma olmadığını deyib. Bildirib ki, mərhum Turalla bir məhəllədə yaşayıblar. Həmin ərəfədə Tural həbsdən yeni çıxıbmış. Zaurun dediyinə görə, Tural həbsdən çıxandan sonra dostları ilə görüşüb. Məclisə çağırılan Zaura Tural irad bildirib. Deyib ki, həbsdə olan zaman onun yanına niyə gəlməyib?

Zaur deyir ki, Tural ona buna görə ona 4 min manat “tas” qoyub. Bildirib ki, həmin məbləği çatdırmalıdır. Buna görə də tərəflər arasında bir neçə dəfə mübahisə olub.

Həbs edilən Zaur deyir ki, artıq özü və ailəsi təhlükədə olub. Sonuncu- hadisə baş verən gün isə ailəsini evdən göndərib.

Zaur qardaşı ilə ailəsini qohumlarının evinə yola salıb. Bu ərəfədə isə Zaur evdə olan silahı hazır vəziyyətə gətirib.

Qətlə yetirilən Tural isə dostu ilə birlikdə Zaurun maşınını təqib edib. Onlar Zaurun maşında olduğunu düşüblər. Məhəlləyə qayıdanda isə Zaur əlində silahla Turalın idarə etdiyi maşını atəşə tutub.

Zaur atəş aça-aça maşının ətrafında dövr edib. O, bütün istiqamətdən maşında olan şəxslərə atəş açıb. Daha sonra da silahı evə qoyaraq hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra isə polisə gedərək təslim olub. Musavat.com

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …