Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / “Kempinski” Bakıdan getdi

“Kempinski” Bakıdan getdi

Dünyanın məşhur otel brendlərindən olan “Kempinski” Azərbaycandakı tərəfdaşı ilə françayzinq müqaviləsini dayandırıb.

Virtualaz.org AZE.az-a istinadən xəbər verir ki, “Kempinski” şirkəti ilə “Kempinski Hotel Badamdar” oteli menecer müqaviləsinin 2016-cı il iyulun 31-dən etibarən dayandırılmasına dair qarşılıqlı razılığa gəliblər. Bundan sonra Bakının Badamdar qəsəbəsində yerləşən beşulduzlu “Kempinski Hotel Badamdar”  “Badamdar Hotel Baku” brendi altında fəaliyyət göstərəcək. Françayzinq müqaviləsinin dayandırılmasının səbəbləri açıqlanmır.

“Kempinski Hotel Badamdar” 2011-ci ilin sentyabrında açılıb və beynəlxalq “Kempinski” otellər şəbəkəsinin Azərbaycanda ilk Resort-oteli idi. Otel 280 nömrədən, o cümlədən lüks nömrələrdən, 38 rezidensiyadan, 36 ofisdən, 19 konfrans-zaldan, iki restoran və iki bardan, “Qəbələ” banket zalından, qapalı hozuzdan, SPA-mərkəzindən və s. ibarətdir.

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …

Bir cavab yazın