Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Keçmiş vəzifəli şəxsə elektron qolbaq taxıldı

Keçmiş vəzifəli şəxsə elektron qolbaq taxıldı

Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Həsənağa İsmayılovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Sonuncu məhkəmə prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Həsənağa İsmayılov 2 il 10 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Daha sonra məhkum bu hökmdən narazı qalaıb və apellyasiya şikayəti verib. Hazırda şikayət Gəncə Apellyasiya məhkəməsində araşdırılır.

Qeyd: Rəsmi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının əməkdaşı İsmayılov Həsənağa İsmayıl oğlunun qanunsuz hərəkətləri barədə vətəndaşın müraciəti əsasında Şəmkir rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin 19 saylı regional ərazi filialının Sosial sığorta sektorunun baş məsləhətçisi işləmiş İsmayılov Həsənağa İsmayıl oğlunun Şəmkir rayonu, Bayramlı kənd sakini Məmmədova Aynurə Vahid qızına ünvanlı sosial yardım düzəldərək əvvəlcədən aralarında razılaşdıqları kimi təyin edilmiş ünvanlı sosial yardımın 6 aylıq ödənişi miqdarında olan 1200 manat pulu hissə-hissə olmaqla rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (Dələduzluq-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 32.4, 312.1-ci (Rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.Pravda.az

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …