Bazar , Yanvar 24 2021
Ana səhifə / Kriminal / Keçmiş sədrin oğlu arvadını niyə bıçaqlayıb? – “Vüsalə ailə qurandan sonra…”

Keçmiş sədrin oğlu arvadını niyə bıçaqlayıb? – “Vüsalə ailə qurandan sonra…”

Göyçay rayonunda ərin həyat yoldaşını bıçaqlaması ilə bağlı bəzi detallar məlum olub.

Kürdəmiş kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, həyat yoldaşı tərəfindən bıçaqlanan Vüsalə Kərimova əri ilə birlikdə yaşamır:

“Rəşad Həşimov sabiq bələdiyyə sədrinin oğludur. Vüsalə ilə ailə həyatı qurandan sonra yola getmirdilər. Övladları da var, ancaq ayrı yaşayırlar. Rəşad çox vaxt Bakıda olur, orada işləyir. Bir neçə gündür ki, gəlmişdi. Yəqin yenə aralarında mübahisə düşüb”.

Qeyd edək ki, Göyçay rayonunda ər həyat yoldaşını öldürməyə cəhd edib. Rayonun Kürdəmiş kənd sakini Həşimov Rəşad Fikrət oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Kərimova Vüsalə Eyvaz qızı ilə mübahisə edib. Nəticədə R.Həşimov həyat yoldaşını bıçaqlayıb.

Həmçinin oxuyun

Azərbaycanda vəzifəli şəxslə bağlı cinayət işi başlandı – RƏSMİ

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyən Abuşov İntiqam Mirzağa oğlunun qanunsuz hərəkətləri …