Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Kriminal / Keçmiş rəisə qarşı dələduzluq

Keçmiş rəisə qarşı dələduzluq

Beyləqan Dəmiryol Stansiyasının keçmiş rəisi Vaqif Cavadova qarşı dələduzluq edilib.

Mart ayının 17-də Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Quliyev Əli Bəhram oğlu və Mustafayev Mehman Zeynəddin oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək. Cinayət işində Cavadov Vaqif Camal oğlu zərərçəkmiş qismində tanınıb. 

Xatırladaq ki, Cavadov Vaqif Camal oğlunun adı mətbuatda oğlu Fərid Cavadovun həyat yoldaşı Cavadova Gültəm Rəfail qızı ilə boşanma məsələsi ilə gündəmə gəlib. Belə ki, 2017-ci ildə Vaqif Cavadov gəlinini döymüş, bunun əvəzində isə gəlinin qardaşı tərəfindən bıçaqlanmışdı. 

Qeyd edək ki, Gültəm Cavadova keçmiş qayınatası Cavadov Vaqif Camal oğlunu erməni əsilli olmaqda ittiham edib. Yenisabah.az

Həmçinin oxuyun

Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin …