Cümə , Oktyabr 18 2019
Ana səhifə / Kriminal / Keçmiş polis rəisinə kələk gələn “general” tutuldu – Rəsmi açıqlama

Keçmiş polis rəisinə kələk gələn “general” tutuldu – Rəsmi açıqlama

Bakıda üç nəfərə qarşı 39 500 manatlıq dələduzluq edən QHT rəhbəri tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Bakı şəhər sakinləri İ.Ağayev və E.Axundzadə cari ilin iyul ayında Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək Firdovsi adlı şəxsin aldadaraq onlardan, ümumilikdə, 34 500 manat pul aldıqlarını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Ələkbərov saxlanılıb.
Onun 2013-cü ilin oktyabr ayında paytaxt sakini olan daha bir qadını aldadaraq 5000 manatını alması da müəyyən edilib.
Qeyd edək ki, nazirliyin adının baş hərfini qeyd etdiyi İ.Ağayev, əslində, Bakı Diaspor Mərkəzinin sədri, Xızının sbaiq rəisi İsmayıl Ağayevdir.
Onları aldadan isə özünü Beynəlxalq İnsan Hüquqları Bürosu adlı təşkilatın təmsilçisi kimi təqdim edən Firdovsi Ələkbərovdir.
Bəzi məlumatlara görə, F.Ələkbərovun ofisində aparılan axtarış zamanı onun otağından “general” uniforması götürülüb.

Həmçinin oxuyun

Azərbaycanda 15 yaşlı qıza təcavüz edildi, valideyinləri… – Təfərrüatlar

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən şəxsə cinayət işi açılıb. Ağdaş …