Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Kriminal / Keçmiş “OMON”çu türmədə asılmış vəziyyətdə tapıldı – FOTO

Keçmiş “OMON”çu türmədə asılmış vəziyyətdə tapıldı – FOTO

O, İslamı qəbul etdiyinə görə, həbsxana əməkdaşları tərəfindən alçaldılırmış…

Rusiyanın Perm həbs düşərgəsində  İslamı qəbul etmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (rusca:”OMON”) keçmiş döyüşçüsü Artem Tronin asılmış vəziyyətdə aşkar edilib.
Moderator.az yazır ki, bu haqda “Kommersant” nəşri xəbər yayıb.  “Məhkumun cəsədi  yanvar 1-dən 2-ə keçən gecə tapılıb. Hazırda daxili baxış aparılır. Bütün materiallar istintaq orqanlarına, prokurorluğa göndərilib”,- deyə Rusiya Cəzaların İcrası Federal Xidməti İdarəsinin Perm diyarı üzrə bölməsinin mətbuat xidmətinin rəisi Stanislav Volegov bildirib.
Ancaq mərhumun anası Svetlana Troninanın  sözlərinə görə, oğlu əleyhinə ifadə verdiyi  həbsxana əməkdaşı tərəfindən öldürülüb.
Artem Tronin  2011-ci ilin yayında Ust-Çyornaya kəndinin bir neçə sakininə qarşı törətdiyi cinayətlərə görə 2012-ci ildə tutularaq 12 ilədək azadlıqdan məhrum edilib.  A.Tronin bir ildən sonra həbsxanada İslamı qəbul edib və saqqal saxlamağa başlayıb.
Keçmiş “omon”çunun qardaşı 59.ru-ya açıqlamasında  deyib ki,  Artem İslamı qəbul etdiyinə görə həbsxana əməkdaşları tərəfindən alçaldılırmış və ona saqqal saxlamağı qadağan edirmişlər. “Dünən müstəntiq anamdan soruşdu ki,  niyə oğlunun müsəlman olmasına mane olmayıb”-deyə məhbusun qardaşı bildirib.
A.Troninin anası deyir ki, 2017-ci ilin əvvəlində məhbus yoldaşının döyülməsi işi ilə bağlı  həbsxana əməliyyatçılarından birinin əleyhinə şahid izahatı verib. Həmin  əməkdaş sonradan əməliyyat bölməsinin rəisi olub. Bu versiyanı Troninlərin vəkili də dolayısıyla təsdiqləyir.
Svetlana Tronina ölüm xəbərindən sonra həbs düşərgəsinə gələndə oğlunun bədənində zorakılıq əlamətləri gördüyünü söyləyib: ”Ağzı parçalanıb, dişləri sındırılıb, başı didilmiş, bütün bədəni qançırla doludur. Aktda isə yazılıb ki,  bədənində hər hansı bir sıyrıq və xəsarət mövcud deyil. Koloniyanın rəisi də mənə deyir ki, Artyom yanvarın 1-də səhər sakit şəkildə sıyığını yeyib və sonra mələfə ilə özünü asıb…”
Keçmiş “omon”çunun  ailəsi Rusiya Baş prokuroru və digər əlaqədar qurum rəhbərlərinə  A.Troninin ölümü ilə bağlı ciddi araşdırma aparılması haqda müraciət edib.

Həmçinin oxuyun

“Lotu Quli”nin məzarı üstündə atışma: Bir nəfər öldü

İstanbulun Esenyurt rayonunda “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub. …