Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Kriminal / Keçmiş nazirin qardaşı məhkəmədə danışdı

Keçmiş nazirin qardaşı məhkəmədə danışdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovunqardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. 
Oxu.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ə. Əhmədovun vəkili vəsatət verərək jurnalistlərin zaldan çıxarılmasını, prosesin qapalı keçirilməsini istəyib.
Zərərçəkmişlər Hörmət ƏsgərovRəşad Tahirov və təqsirləndirilən Əvəz Əhmədov da vəsatəti müdafiə ediblər.
Daha sonra zərərçəkmiş Hörmət Əsgərov suallara cavab verərək deyib ki, hələ də Ə. Əhmədova 100 min manat borcu var:
“Mən xəsarətlərim barədə polisə şikayət etməmişəm, istintaqa ifadə verəndə də döyüldüyümü demədim ki, sonradan işə düzələndə problem yaranmasın.
Bədənimdə döyülən zamandan qalan yaranın çapığı var. Mən pulu Rəşada vermək üçün almamışam, belə bir söz də deməmişəm. Mən ondan əvvəl də Əvəzdən 280 min manat alıb qaytarmışdım. Pulu makler Hətəm Ramazanova verirdim, ev işi görürdük. Axırıncı dəfə Hətəmə 100 min verdim yoxa çıxdı, axtardım tapa bilmədim. Onun barəsində şikayət etməmişdim, bu işdən sonra istintaq axtarışa verdi”.
Əvəz Əhmədov isə deyib ki, H. Əsgərovu o yox, Rəşad Tahirovla dostu Dəyanət Yusifov döyüb:
“Hörməti məcbur ediblər ki, məndən şikayət etsin. Sonra da onu ortada buraxıblar”.
Təqsirləndirilən Əvəz Əhmədov sərbəst ifadə verərək deyib ki, bu hadisədən əvvəl H. Əsgərovla arasında pul alış verişi olub:
“Bir dəfə Hörmət qohumu Rəşaddan danışdı və Sumqayıt STP-də satışın müdiri olduğunu dedi. Sonra Hörmətin vasitəsilə Rəşadla görüşdük, armatur biznesi haqda danışdı. Rəşad dedi 100 minə bir həftəyə 8-12 min qazanc götürə bilər. Bundan bir həftədə sonra Hörmət gəlib məndən 140 min dollar götürdü, dəmir işinə görə Rəşada verəcəkdi. Bir ay yarımdan sonra Hörməti çağırıb pulumu istədim. Mənim yanımda Rəşada zəng edib ləzgi dilində nə isə danışdılar, sonra telefonu mənə verdi. Rəşad dedi ki, pul məndədir, bir həftəyə verəcəyəm.
Orada Hörməti döyməmişəm, ona zor tətbiq etməmişəm, sadəcə söhbət etmişik. Sonra Rəşada zəng çatmadı, mən də polisə ərizə yazıb şikayət etdim. Bundan sonra üç ay ərzində pulu hissə-hissə ödədilər. Bu ərəfədə Rəşad Dəyanətlə Habili üstümə göndərmişdi. Onlar da mənimlə söhbət edəndən sonra Rəşada dedilər ki, kişinin pulunu qaytarmalısan”.
Ə. Əhmədov suallara cavabında bildirib ki, qardaşı, keçmiş nazir Əhməd Əhmədovun bu işlərdən xəbəri olmayıb.
Qeyd edək ki, Əvəz Əhmədov Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …