Ana səhifə / Kriminal / Keçmiş məhkum qanlı cinayət törətdi

Keçmiş məhkum qanlı cinayət törətdi

İyulun 21-də saat 14 radələrində Bakı şəhər sakini Ədalət Həmidovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.
DİN-dən verilən xəbərə görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və 1-ci Alatava küçəsində Murad adlı şəxsin Ə.Həmidova bıçaqla xəsarət yetirdiyi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Cəfərov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.

Həmçinin oxuyun

Kriminal avtoriteti öldürən keçmiş məmur müstəntiqin otağında – FOTO

Oxu.Az-ın müxbiri kriminal avtoritet Emin Səfərovun qətlində şübhəli bilinən şəxs – Dövlət Miqrasiya Xidmətinin sabiq …