Bazar ertəsi , Aprel 22 2019
Ana səhifə / Kriminal / Keçmiş icra başçısının vəzifəli qohumuna hökm oxundu

Keçmiş icra başçısının vəzifəli qohumuna hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almada ittiham olunan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin sabiq rəis müavini Xalid Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.orgun xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə görə, X.Məmmədov 8 il 6 ay azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin keçmiş rəis müavini X.Məmmədov işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edərək bir sıra qanunsuz tikililərə görə dələduzluq edib və rüşvət alıb.

Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma), 34, 312-ci (rüşvət verməyə təhrik etmə), 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, X.Məmmədov Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib.

Qeyd edək ki, X.Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qohumudur.

Həmçinin oxuyun

Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürülüb

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən müxtəlif cinayətlərə görə axtarışda olan kriminal avtoritet Rəsul MəmmədovRusiyada güllələnərək öldürülüb. “Report” …