Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Kriminal / Keçmiş icra başçısının otlaq sahəsi yandı

Keçmiş icra başçısının otlaq sahəsi yandı

Abşeronda bu gün səhər saatlarında Qobustanın keçmiş icra başçısı Əlisəfa Cəbiyevə məxsus qış otlaq sahəsi yanıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 200 hektarlıq ərazi mal-qara qışlağı kimi istifadə olunub. Səhər saatlarında isə otlaqda yanğın başlayıb. Yanğın rayon yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.

Qeyd edək ki, sabiq başçı sözügedən otlaqda mal-qara saxlasa da, hazırda heyvanlar yaylaqdadır.

Xatırladaq ki, Ə. Cəbiyev 2001-2005- ci illərdə Qobustan rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Rüşvət almaqda ittiham edilən komandirin işi – əsgər yoldaşını güllələyən Qasımzadə də dindirildi

Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənov hakim qarşısına çıxarılıb. O, rüşvət almaqda ittiham edilir.Musavat.com xəbər …