Bazar ertəsi , Dekabr 10 2018
Ana səhifə / Kriminal / Keçmiş deputatın evindən 10 min manatlıq qızıl oğurlandı

Keçmiş deputatın evindən 10 min manatlıq qızıl oğurlandı

Yasamal rayonunda prezidentliyə namizəd olan professorun evindən qızıl-zinət əşyaları oğurlanıb.

F.İbrahimbəyov küçəsi 12-də yaşayan Qulamhüseyn Surxay oğlu Əlibəylinin evindən 10 min manatlıq qızıl oğurlanıb. Bu barədə Yasamal RPİ-nin 27 Polis Bölməsinə zərərçəkən özü məlumat verib. Q.Əlibəylinin sözlərinə görə, avqust ayının 3-dən 6-na kimi evdə olmayıb və cinayət barədə avqustun 6-da xəbər tutub. Oğru və ya oğrular mənzilə eyvandan keçməklə daxil olublar.

Xatırladaq ki, Q.Əlibəyli Azərbaycanda keçirilən seçkilərdə prezidentliyə namizəd, 1995-2005-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Hazırda isə Bakı Dövlət Universitetinin hüquq fakultəsinin professorudu/olke.az

VIPedu.BIZ

Həmçinin oxuyun

“Lotu Quli”nin azadlığa çıxdığı anın görüntüləri yayıldı – VİDEO

Bir müddət əvvəl Türkiyədə həbs olunan, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun …