Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Keçmiş deputat gəlinindən “Bandotdel”ə şikayət etdi

Keçmiş deputat gəlinindən “Bandotdel”ə şikayət etdi

Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbazın eks-xanımı Anjelika Cəbiyeva Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Bandotdel) çağırılıb.

Azinforum.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda A. Cəbiyevanın özü məlumat verib.

O, keçmiş qayınatası, eks-deputat Rizvan Cəbiyevin ondan şikayətçi olduğunu söyləyib:

“Rizvan müəllim, keçmiş qayınatam məndən şikayətçi olub. Guya, onların evinə getmişəm, hədə-qorxu gəlmişəm. Mən kiməm ki, hədə-qorxu gələm? Bu günə kimi heç kəsdən şikayətçi olmamışam, Rizvan Cəbiyevlə isə heç vaxt problemim olmayıb. Həmişə qeyd eləmişəm ki, o, övladlarıma dəstək olub. Ancaq keçmiş qayınatamın məni “Bandotdel”ə şikayət etməsinə şoka düşdüm. Məni niyə görə çağırıblar? Anar deyir ki, qanun biz tərəfdəndi, deputat oğluyam. Bəli, bunun şahidi də olmuşam. Hər yerdə təzyiq göstəriblər. Mənim problemim Anarladır, iki övladımız var. Deyirəm ki, övladlarına atalıq etsin”.

A.Cəbiyeva iki gün əvvəl sabiq deputatla üzləşdiyini qeyd edib:

“İki gün bundan əvvəl üzləşmədə olduq. Heç bir məntiqə uyğun sözlər deyilmədi. Müstəntiq də şahid oldu. Rizvan müəllim gördü ki, haqlıyam. Dedi ki, mənimlə baş-başa gəlmə, nələrə qadirəm, bilmirsən. Oğlu bir yandan, atası da bir yandan hədələyir. İndi qərar verilməlidir. Onların təzyiqi olmasa, haqq öz yerini tapacaq”.

Anjelika axşam.az-a açıqlamasında qayınatası Rizvan Cəbiyev tərəfindən aldadıldığını iddia edib. Ona yalandan sənədlərə qol çəkdirildiyini bildirib:

“Rizvan bəy yanıma gəldi ki, uşaqlarına ev də verəcəm, onların alimentini də ödəyəcəm. Anarı məhkəmədən narahat edirlər, aliment ödəmədiyi üçün tez-tez çağırırlar. Mənə sənədlər verdi ki, buna qol çək, guya aliment ödənilib. Mən də bu kişiyə inandım. Keçmiş millət vəkili olub, qanun yazıb, necə inanmaya bilərdim? Məni aldadıb sənədlərə qol çəkdirdi. Sənəddə də yalan sözlər yazılıb. Anarla 2 ildi ayrılmışıq, ötən ilin sentyabrnda rəsmi boşanmışıq. Sənədlərdə yazılıb ki, ötən ilin fevralından mənə aliment ödənilir. Necə ola bilər? İndi mənə aliment ödənmir”.

Anjelika deyib ki, qarşı tərəfdən tək istəyi övladları üçün ev verilməsidir:

“Onlar öz uşaqlarını düşünmürlər. Mənim tək istəyim evdir, uşaqlarımla qala biləcəyim bir yer olsun. Kirayəyə verdiyim pulu isə övladlarımın yeməyinə xərcləyə bilim. Bir ana kimi ancaq bunu düşünmüşəm. Ailə var ki, uşaqdan ötrü nələr çəkir, edir. Anar iki gül kimi balasına yaxın durmur. Sonuncu dəfə uşaqlarını ARB kanalına çəkilişə gedəndə görüb. Heç bayramda da nə özü, nə ailəsi gəlib maraqlandı. Yad insanlar Anarın uşaqlarına dəstək olur. Dəfələrlə şikayət etmişəm, amma keçmiş qayınatam adamlarını göndərib, işi burub. Pensiyaçı kişinin qızıyam, arxamda duran adamım yoxdur. Sadəcə dövlətə sığınmışam, qanunla nəsə etməyə çalışıram. Rizvan müəllim müraciət etdiyim yerlərə zəng vurdurub, haqqımı verməmək üçün hər şey edir”.

Anjelika Anarın səhhətində heç bir problem olmadığını, yalandan xəstəlik xəbərləri yaydığını söyləyib:

“Söz-söhbətdən qaçmaq üçün yalandan aparıb xəstəxanaya yatırırlar. Heç bir problemi yoxdur”.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …