Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Keçmiş baş nazirin kəndində dəhşətli qətl törədildi

Keçmiş baş nazirin kəndində dəhşətli qətl törədildi

Yevlax rayonunun Varvara kəndi ərazisindən keçən su kanalının kənarında boğaz nahiyəsində xəsarəti olan 25-30 yaşlı qadın meyitinin tapılması barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib , müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə onun Bakı şəhər sakini Alyona Yanqarova olması müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycanın bölgə müxbirinə verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə A.Yanqarovanı tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Yevlağın Qaramanlı kəndinin sakini, əvvəllər məhkum olunmuş Ə.Fərmanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda fakt üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Varvara kəndi Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun doğulduğu kənddir.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …