Ana səhifə / Kriminal / Keçmiş bankirdən şok açıqlama…

Keçmiş bankirdən şok açıqlama…

Mərkəzi Bankın qanunvericilik şöbəsinin keçmiş rəisi, vəkil Əkrəm Həsənov artıq iki Rusiya bankı tərəfindən məhkəməyə verilib.

Moderator.az – a açıqlama verən Əkrəm Həsənov rus banklarınını onu məhkəməyə vermə səbəbi barədə danışıb:

“Rusiyanın bizdə həmişə iki bankı olub: VTB ve Nikoyl. Əsas əlbəttə VTB-dir. Çünki Rusiyanın ikinci ən böyük bankıdır. Mən 4 il VTB Azərbaycan Bankının sədr müavini olmuşam. Buna görə də bu bankın ümumən rus banklarının necə işləməsinə yaxşı bələdəm. Əlbəttə, bizim öz banklarımızda da əliəyrilik və özbaşınalıq çoxdur. Amma Rusiya bankları ilə müqayisədə azdır. Əsas səbəb odur ki, Azərbaycanda bu banklara bir qayda olaraq peşəkarlıq və mənəviyyat baxımından ən xarab insanlar işə götürülür. Normal kadrlar orada işləyə bilmir. Fikir verin, ölkəmizin heç bir tanınmış bank meneceri bu banklara işə keçmir son 5-6 ildə. Bu şəraitdə mən və mənim kimi vəkillər bank problemlərindən yazanda, banklara qarşı proseslərdə iştirak edəndə həmin banklardakı natəmiz insanlar təşvişə düşür və öz əyri işlərini ört – basdır etmək üçün qabaqdan gəlmişlik edir və vəkillərin özünü məhkəməyə verirlər. Savadları çatmadığından bunun bank üçün ağır nəticələrə səbəb olacağını göz önünə almırlar. Həm də bankın problemi onları heç maraqlandırmır da. Əsas məramlarə əyri işlərinin gec ifşası və mümkün qədər çox pul mənimsəməkdir. Bizdən qorxduqları üçün neytrallaşdırmaq, vaxt udmaq istəyirlər. Onların yiyələri Rusiyadadır, çox şeydən bixəbərdilər. Bunlar da istifadə edir. Buna görə də yerli banklarmızda belə problemlər olmur: yiyələri burdadır, hər şeyə nəzarət edirlər. Gələn həftə VTB ilə bağlə bəzi faktları açıqlayacağam. Onlar da əlimdə olan faktları açıqlayacağımı bildikləri üçün ətrafima hücum edir, Nikoyl isə birbaşa məni məhkəməyə verib. Amma bunların xeyri yoxdur. Bu banklar tam ifşa olunacaq. Onların müştəriləri ehtiyatlı olsun, xüsusilə ora pul etibar edənlər”.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …

Bir cavab yazın