Şənbə , May 21 2022
Ana səhifə / Kriminal / Keçmiş bələdiyyə sədri Aytac Əliyevanın bacısı azadlığa buraxıldı

Keçmiş bələdiyyə sədri Aytac Əliyevanın bacısı azadlığa buraxıldı

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilərək həbs edilən, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın barəsində olan həbs qərarından verilən şikayətə baxılıb.

Məhkəmə şikayəti araşdırıb və qərar qəbul edib.

Məhkəmə Aytac Əliyeva barəsində hökmü qüvvədə saxlayıb. Məhkəmənin qərarı ilə İ. Əliyevanın barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir. (APA)

Həmçinin oxuyun

“Örüş yeri almaq üçün 40 min manat verdim“

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə …