Ana səhifə / Kriminal / Keçən il Azərbaycanda 18 əcnəbi narkotacir saxlanılıb – DİN

Keçən il Azərbaycanda 18 əcnəbi narkotacir saxlanılıb – DİN

Daxili işlər orqanları 2017-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 18 xarici ölkə vətəndaşını tutub.

Bu, Daxili İşlər Nazirliyinin (DİN) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqdim etdiyi hesabatda əksini tapıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılanların 7-i İran, 7-i Rusiya, 3-ü Gürcüstan, 1-i Qazaxıstan vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından çəkisi   36 kq 741,212 qr (30,9 kq  tiryək, 929,9 qr heroin, 4,8 kq marixuana, 50,290 qr həşiş,) narkotik vasitələr və 9,366 qr metamfetamin psixotrop maddəsi götürülüb. (APA)

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …