Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Kaxa Kaladze: “Energetika körpüsü” işi uğurla davam edir

Kaxa Kaladze: “Energetika körpüsü” işi uğurla davam edir

Bu gün Azərbaycan ilə Gürcüstan bir sıra sahələrdə olduğu kimi, elektrik enerjisinin daşınması ilə bağlı layihəni də uğurla həyata keçirirlər. Artıq çox yaxşı nailiyyətlərimiz var və biz, bu layihəni daha da genişləndirmək niyyətindəyik.

Bu sözləri jurnalistlərə Gürcüstanın Energetika naziri Kaxa Kaladze söyləyib.

Nazir deyib ki, bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı “energetika körpüsü” işi də uğurla davam edir. Məhz bu körpü vasitəsilə 2016-cı ildə Azərbaycandan Gürcüstan ərazisindən keçməklə Türkiyəyə 1 milyard kilovat-saat elektrik enerjisi ötürülüb. Hazırda transsərhəd zonalarda enerji mübadiləsinin gücləndirilməsi istiqamətində iş aparılır.

“Düşünürəm ki, 2017-ci ildə biz bu sahədə daha böyük uğurlar qazanacağıq və elektrik enerjisinin ötürülməsi istiqamətindəki rəqəm daha da artacaq”, – deyə Kaladze vurğulayıb. (Report)

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın