Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Kriminal / Kartof almağa gedən qayınana: “Gəldim gördüm ki, gəlini öldürüb” – VİDEO

Kartof almağa gedən qayınana: “Gəldim gördüm ki, gəlini öldürüb” – VİDEO

Daşkəsən rayonunda gəlinini qəsdən öldürməkdə şübhəli bilinən qayınata tutulub.

Bu barədə Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, avqustun 22-i, saat 11 radələrində Daşkəsən rayonunun Bayan kəndi ərazisində 1993-cü il təvəllüdlü Nəzakət Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin qayınatası 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nəzakət Həsənovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq tədbirləri davam edir.

Qətlə yetirilənin qayınanası “Real TV”yə bildirib ki, evdən kartof almaq üçün çölə çıxıb və qayıdanda qətlin baş verməsinin şahidi olub.

https://www.youtube.com/watch?v=OSFKS2FK8NQ

Həmçinin oxuyun

Həbsdəki keçmiş icra başçısının vəziyyəti ağırlaşdı

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti ağırlaşıb. Cəzaçəkmə müəssisəsində ürəyində problem …