Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Kriminal / Karantindən istifadə edib borcunu ödəməyənlər həbs edilib

Karantindən istifadə edib borcunu ödəməyənlər həbs edilib

“Məcburi icra tədbirlərinin təmin edilməsi bir sıra hallarda vətəndaşlarla sıx ünsiyyəti məcbur edir”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev videokonfrans formatında keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, vətəndaşlarla qəbul və bir sıra tədbirlər videokonfrans formatında aparılıb: “Uşaqla ünsiyyətin təşkil edilməsində müəyyən problemlər yaranmışdı. Çünki bu, bir tələbdir, amma həm də karantin qaydasının pozulması demək idi. Buna görə də biz valideynlərin uşaqla ünsiyyətini virtual qaydada təşkil etdik. Müvafiq cihazı olmayan, yaxud olub istifadə edə bilməyənlərə icra məmurları tərəfindən köməklik edildi. 

Bəzi şəxslər karantindən istifadə edərək “mən evdən çıxa bilmirəm” deyib borcu ödəməkdən imtina edirdilər. Bizim icraçılar tərəfindən axtarışa verilən və polis tərəfindən saxlanılan, inzibati həbs cəzası alan borclular da oldu. Alimenti ödəməkdən imtinaya görə 38 şəxs barəsində cinayət işi başlanılıb”.

Həmçinin oxuyun

“Qulini snayperlə vurdular” – qatil və sifarişçi haqda sensasion bilgilər

Bu ilin avqust ayının 20-də Antalyadakı hotellərin birində qətlə yetirilən “qanuni oğru” Nadir Səlifovun (Quli …