Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Karantin qaydalarını pozan şəxs həbs olundu — VİDEO

Karantin qaydalarını pozan şəxs həbs olundu — VİDEO

Gəncədə karantin rejimini pozan şəxsə qarşı inzibati qaydada həbs cəzası verilib.

Baku.Tv xəbər verir ki, şəhərin “Məhsəti” qəsəbəsi adlanan ərazisində Tahir Hüseynovun özünə məxsus olan kafeni gizli yolla işlətdiyi məlum olub. 

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı kafenin fəaliyyət göstərdiyi, müştərilərin gizli şəkildə kafeyə daxil olduğu müəyyən edilib. 


Reyd zamanı adıçəkilən şəxsə karantin rejiminin tələblərini kobud şəkildə pozduğu izah olunub. Lakin kafe sahibi polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, onların xidməti fəaliyyətinə mane olmağa çalışıb.


Kafe sahibi törətdiyi əməlindən peşmandır. O, işçiləri necə gizlətdiyini də etiraf edib.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …