Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Kriminal / Kapital Bankdakı oğurluqla bağlı – Rəsmi açıqlama

Kapital Bankdakı oğurluqla bağlı – Rəsmi açıqlama

Kapital Bank Yasamal filialında baş verən dəhşətli hadisəyə münasibət bildirib.

Bankın mətbuat xidməti “Qafqazinfo”ya açıqlamasında oğurluq faktını təsdiqləyib:

“Ötən həftə Kapital Bank-ın Yasamal filialında (Landau küç., bina 6) baş verən hadisə ilə bağlı bildirmək istərdik ki, həqiqətən bankomata müdaxilə edilib.

Faktla bağlı cinayət işi açılıb və hazırda istintaq gedir. İstintaq gedişatına mane olmamaq üçün, istintaq yekunlaşanadək bu barədə ətraflı məlumat verə bilmərik. İstintaq bitəndən sonra Daxili İşlər Nazirliyi ilə birgə açıqlama verəcəyik”.

Qeyd edək ki, hadisə nəticəsində bankdan 174 min dollar oğurlandığı bildirilir.

Həmçinin oxuyun

Müxtəlif xarici ölkələrin vətəndaşlarının muzd müqabilində Ermənistandan Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərinə keçirilməklə qanunsuz …