Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / Kamil saxlanıldı, 10 sutka həbs verildi – Yenilənib

Kamil saxlanıldı, 10 sutka həbs verildi – Yenilənib

Polis idmançı Kamil Zeynallını saxlayıb.

“ Azinforum.az ” ın Report-a istinadən məlumatına görə, K.Zeynallı Nərimanov Rayon Məhkəməsinə aparılıb. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir.

O, İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.

***

Kamil Zeynallının xanımı müğənni Gülay Zeynallı “Qafqazinfo”ya açıqlamasında yayılan xəbərləri təkzib edib: “Kamil indi qızımladır”.

***

REAL-ın məlumatına görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallıya 10 sutka inzibati həbs cəzası verilib. O, Binəqədi Müvəqqəti Saxlama Təcridxanasına göndərilib.

İdmançının həbs edilməsinə səbəb Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ətrafdakılara söyüş söyməsidir

Həmçinin oxuyun

Həbsdəki başçı yarım milyonluq zərərin bir hissəni ödədi, amma…

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun …