Belə ki, qisas məqsədi ilə kafeni yandırıb qaçan şəxs tutulub.

Hadisə bir neçə gün əvvəl Abşeron rayonu Saray qəsəbəsində Sumqayıt şossesinin kənarında baş verib. Qabil Ramazanov rayon polis idarəsinə və yanğından mühafizə bölmələsinə məlumat verib ki, sözügedən ünvanda olan ”Pəhlivanlar” kafesində güclü yanğın baş verib.

Dərhal əraziyə yanğınsöndürən avtomobillər və xeyli canlı qüvvə cəlb edilib. Bütün bunlara baxmayaraq yanğın güclü olduğundan 2 mərtəbəli 1600 kvadratmetr sahəsi olan kafe yanaraq tamamilə yararsız hala düşüb. Hadisədən sonra polis araşdırma aparkən müəyyən edib ki, obyek qəsdən yandırılıb. Əməliyyat axtarış tədbirləri ilə Abşeron polisi şübhəli kimi əvvəllər məhkum olunan Tərlan Qənbərlini Quba rayonunda saxlayaraq istintaqa cəlb edib. Dindirmə zamanı Tərlan Qənbərli kafeni bilərəkdən yandırmasını etiraf edib.

Sərxoş olan Tərlan Qənbərli obyektin bağlanmasını gözləyib. Qabil Ramazanov kafeni bağlayıb getdikdən sonra Tərlan Qənbərli yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən 7 litir benzin alıb. Daha sonra kafenin damına və ətrafına səpərək od vurub.

Faktla bağlı Tərlan Qənbərli barəsində Abşeron rayon polis idarəsində müvafiq maddə ilə cinayət işi başlanıb. Onun digər cinayətlər əlinin olub olmaması araşdırılır.