Ana səhifə / Kriminal / Kababını bəyənmədiyi üçün müştərini bıçaqladı – Qubada qanlı OLAY

Kababını bəyənmədiyi üçün müştərini bıçaqladı – Qubada qanlı OLAY

Quba rayonunda kafelərdən birində bıçaqlanma olub.
Unikal.org-un məlumata görə, kafenin kababçısı Bəhram Cəfərov müştərisi, Quba şəhər sakini 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəmnin kababçı müştərini bıçaqlayıb.
Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Xəstəxanadan “Report”un yerli bürosuna verilən məlumata görə, S.Hüseynov sağ qabırğaaltı nahiyəsinin deşilmi-kəsilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
“Report”un yerli bürosu hadisənin hansı səbəbdən baş verdiyini araşdırıb. Məlum olub ki, kafenin daimi müştərisi olan Səxavət Hüseynov kabab sifariş verib və stola gələn kababı bəyənməyib. O, kafenin sahibini çağırıb və şikayət edib. Kafenin müdiri kababçını çağıraraq hərkəsin önündə danlayıb. Bundan qəzəblənən kababçı daha sonra müştəriyə yaxınlaşıb və onunla mübahisə edib. Mübahisə zəmnində S.Hüseynov bıçaqlanıb.
Qeyd edək ki, kafenin kababçısı əvvəllər məhkum olunub.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …