Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Kənd Təsərrüfatı Nazirliyində yeyinti aşkar edilib

Kənd Təsərrüfatı Nazirliyində yeyinti aşkar edilib

Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən 2015-ci ildə müvafiq rayonların (şəhərlərin) ərazilərində yerləşən büdcə təşkilatlarında aparılan nəzarət tədbirləri ilə aşkar olunmuş 2 392,2 min manat məbləğində artıq və əsassız ödənişlərin 1 669,56 min manatı təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilib. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qurum bəyan edir ki, Ağcabədi rayon İcra Hakimiyyətinin Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 132,90 min manat, Samux rayon İcra Hakimiyyətinın Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 130,74 min manat mənimsəmə halı aşkar edilib.
Qurum həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasında 233,91 min manat, Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında 156,81 min manat, cəmi 654,36 min manat məbləğində mənimsəmə halları aşkar edilib.
Açıqlamada deyilir ki, yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın