Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Kriminal / Kəndin 100-ə yaxın sakini polisə aparıldı – Qubada

Kəndin 100-ə yaxın sakini polisə aparıldı – Qubada

Qubada əmisi oğlunun arvadını qaçırdığı üçün döyülürək öldürülən Elşad Əsədovla bağlı yeni faktlar məlum olub. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hazırda 100-ə yaxın Tülər kənd sakini hadisə ilə polis şöbəsində dindirilir.

Bundan başqa, məlum olub ki, E. Əsədov Bakıdan kəndə gətirilərək dar bir küçədə bağlanılıb. Daha sonra sakinlər onu təpikləyərək öldürüb.

Mərhumun meyiti atasına təhvil verilib. Lakin kənddə adam olmadığından dəfn edilməyib.

Qaçırılan Aynur Əsədova da hazırda Quba rayon hüquq mühafizə orqanındadır.

Həmçinin oxuyun

Bakıda bank işçisindən iş yoldaşına qarşı cinayət — Təfərrüat

Bakıda dələduzluq etməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Səbuhi Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi …