Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb. B.İsmayılov cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Baş Prokurorluğunun mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.